

Oxot dənizində balıqçı gəmisi batıb
Oxot dənizində, Oxot qəsəbəsi yaxınlığında, yükü başqa su nəqliyyatı vasitəsinə yükləyərkən, “Fransiskan №1” balıqçı gəmisi getdikcə yana daha çox əyilib və nəticədə batıb.
“Seanews.az” xəbər verir ki, gəmidə 8 heyət üzvü olub, hamısı təxliyə edilib, ölən və yaralanan yoxdur.
Rusiyanın Vanino limanı qeydiyyatında olan gəminin sahibi “İnya Balıqçılıq Arteli” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Faktla bağlı istintaq orqanları tərəfindən tədqiqat aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır