Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-05,
Seanews
Heyder Eliyev

Rotterdam limanı Avropanı 4,6 milyon ton hidrogenlə təmin edə bilər

Rotterdam limanı və orada fəaliyyət göstərən şirkətlər ixracatçı ölkələrlə əməkdaşlıq edərək 2030-cu ilə qədər Avropaya hər il 4,6 milyon ton hidrogen tədarük etməyə hazırdırlar.

“Seanews.az” xəbər verir ki, Liman rəhbərliyi belə bir təkliflə Avropa komissarı Frans Timmermansa 70-ə yaxın şirkət və ixracatçı ölkə adından çıxış edib. Tədarük edilən hidrogen yanacaq kimi, nəqliyyat və sənaye ehtiyacları üçün istifadə oluna bilər.

Rotterdam vasitəsilə hidrogenin idxalı Latın Amerikası və ya Avstraliyadan həyata keçirmək mümkündür, bundan əlavə, bir sıra şirkətlər Şimal-Qərbi Avropada ekoloji cəhətdən təmiz hidrogen istehsalı layihələri üzərində işləyirlər.

Limanda vurğulayıblar ki, 4,6 milyon ton hidrogen Avropanın enerji müstəqilliyinin artması ilə yanaşı, təbiətə 46 milyon ton karbon qazı emissiyası atılmasının qarşısının alınması  deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır