Dünyanın ən böyük çoxməqsədli yük gəmisi Afrikaya avadanlıq çatdıracaq - VİDEO
Dünyanın ən böyük çoxməqsədli yük gəmisi olan “Pilecki”, Çindən Mərakeşə vaksin istehsal edən avadanlıqları daşıyacaq.
“Seanews.az” xəbər verir ki, uzunluğu 199,9 metr, eni 32,26 metr olan gəmi mayın 5-də ilk yük partiyası ilə Şanxay limanını tərk edib.
Bu, “Pilecki”-nin sahibi olan Çin-Polşa səhmdar gəmiçilik şirkətinin və “Morimatsu Group” peyvəndi istehsal xəttinin Çin təchizatçısının birgə layihəsidir.
Layihənin həyata keçirilməsi Afrikada 20-dən çox növ peyvəndin, o cümlədən COVID-19-a qarşı üç peyvəndin istehsalına və qitədə illik tələbatın 60%-dən çoxunu ödəməyə imkan verəcək.
2022-ci ildə inşa edilən “Pilecki”, “Chipolbrok” tərəfindən “CSSC Chengxi” zavoduna sifariş edilən və dedveyti 62 min ton olan dörd çoxməqsədli gəminin üçüncüsüdür.

