Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-29,
Seanews
Heyder Eliyev

IMO Qara və Azov dənizlərində gəmilər üçün təhlükəsiz dəhlizlər təşkil etməyə çağırıb

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası  növbədənkənar sessiyanda dənizçilərin və gəmilərin yüksək riskli ərazilərdən təhlükəsiz təxliyəsini təmin etmək üçün müvəqqəti və təxirəsalınmaz tədbir kimi  Qara və Azov dənizlərində  dəniz dəhlizinin yaradılmasını təşviq etmək qərara alınıb. Bu barədə IMO-nun məlumatında bildirilir. Şura təşkilatın Baş katibini müvafiq tərəflərlə əməkdaşlığa və belə bir dəhlizin təşəbbüskarı və saxlanılması üçün təcili zəruri tədbirlər görməyə çağırıb.

“Seanews.az” xəbər verir ki, IMO Şurası, prioritet məsələ kimi, gəmilərin hücum təhlükəsi olmadan ilk fürsətdə Ukrayna limanlarını tərk etməsinə icazə verilməsini istəyir. Dəniz minalarının və ya digər təhlükələrin olması səbəbindən gəmilərə münaqişə zonasını tərk etməyə imkan verən humanitar dəhlizlər yaradılmalıdır.

Həmçinin Şuranın qərarında qeyd olunub ki, dənizçilərə milli mənsubiyyətinə görə hər hansı formada təzyiqlər pislənməli, münaqişənin təsirinə məruz qalmış dənizçilərə ailələri ilə ünsiyyət vasitələrinə sərbəst giriş imkanı verilməli,  dövlətlər dənizçilərin öz maaşlarına çıxışını təmin etməli, dənizçilərin məhdudiyyətsiz hərəkətinə icazə verilməli, dənizçilərin əsas statusunu nəzərə alaraq, maraqlı dövlətlər öz dənizçilərini məcburi hərbi xidmətdən azad etməyi ciddi şəkildə nəzərdən keçirməlidirlər. Liman dövlət nəzarəti əməkdaşlarına isə müddəti bitmiş sənədlərin təqdim edildiyi hallarda, vəziyyətin müstəsna xarakterini nəzərə alaraq, yoxlamaya praqmatik yanaşmaları tövsiyə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır