Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

"MOL" və "ITOCHU" Sinqapurda ammonyak bunkerləşdirmə nümayişi üzrə əməkdaşlıq edəcək

Yaponiyanın "Mitsui O.S.K. Lines" (MOL) gəmiçilik qrupu Tokioda yerləşən "ITOCHU" Korporasiyası ilə ammonyak bunkerləşdirmə nümayişləri üzrə birgə inkişaf sazişi imzalayıb.

"Seanews.az" xəbər verir ki, əməkdaşlıq çərçivəsində tərəflər Sinqapurda gəmidən-gəmiyə ammonyak bunkerləşdirmə əməliyyatının nümayişini həyata keçirməyi planlaşdırır. Bu məqsədlə onların istifadəsində olan ammonyak bunkerləşdirmə gəmisi və ikili yanacaqla işləyən (ammonyak və ənənəvi yanacaq) “capesize” tipli balker gəmilərindən istifadə ediləcək.

"MOL" Belçikada yerləşən "CMB.TECH NV" şirkəti ilə birlikdə üç ədəd ammonyakla işləyən ikili yanacaqlı “capesize” balkerə sahib olacaq. Bu gəmilərin 2026–2027-ci illərdə Çin Dövlət Gəmiqayırma Korporasiyasının "Gingdao Beihai" Tərsanəsində tikilərək təhvil verilməsi nəzərdə tutulur.

Digər tərəfdən, ITOCHU 2025-ci ilin iyununda dünyada ilk dəfə olaraq 5 000 m³ tutumlu ammonyak bunkerləşdirmə gəmisinin inşasını sifariş edib. Gəmi Yaponiyanın "Sasaki Shipbuilding" tersanəsində inşa olunacaq, Sinqapur bayrağı altında qeydiyyata alınacaq və 2027-ci ildə təhvil veriləcək.

Nümayişlərin 2027-ci ilin ikinci yarısında keçirilməsi planlaşdırılır. Layihənin məqsədi ammonyak bunkerləşdirmə gəmilərinin və ammonyakla işləyən gəmilərin erkən mərhələdə istifadəyə təşviq edilməsidir.

Dekarbonizasiya tendensiyası fonunda ammonyak növbəti nəsil təmiz enerji mənbələrindən biri kimi dünyada diqqət mərkəzinə çevrilib.

"MOL" özünün “MOL Group Environmental Vision 2.2” strategiyasında 2050-ci ilə qədər istixana qazı emissiyalarını “xalis sıfır”a endirməyi qarşısına məqsəd qoyub və bu çərçivədə ammonyakdan istifadəyə önəm verir.

"İTOCHU" isə Sinqapur və digər ölkələrin əsas dəniz nəqliyyatı məntəqələrində ammonyak bunkerləşdirmə biznesini kommersiyalaşdırmağı hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır