Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-30,
Seanews
Heyder Eliyev

İndoneziyada konteyner gəmisində yanğın baş verib

İndoneziyanın Surabaya şəhərində yerləşən Tanjunq Perak limanında "Verizon" adlı konteyner gəmisində yanğın baş verib.

"Seanews.az" xəbər verir ki, gəminin maşın şöbəsində baş verən yanğın təxminən dörd saatdan sonra nəzarət altına alınıb.

Təhlükəsizlik məqsədilə gəmidə olan 22 heyət üzvü hadisə yerindən təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, 15 400 ton dedveytli konteyner gəmisi bazar günü limana daxil olub. Dekabrın 29-u səhər saat 05:00 radələrində gəmidən qalxan güclü tüstü limanda təşvişə səbəb olub. 

Yanğınla mübarizəyə 16 yanğınsöndürmə briqadası cəlb olunub. Alovun gəminin daxili hissəsində dərin zonada yayılması söndürmə işlərini çətinləşdirib. 

Yanğın nəticəsində mühərrik bölməsi ilə yanaşı boya otağı, anbar sahəsi və CO₂ çəninin yerləşdiyi bölmə də zərər görüb. Alovun digər hissələrə keçməsinin qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın gəmidə olan yanacağın təxminən 60 faizinin yanmasına səbəb olub.

Hadisənin səbəbləri araşdırılır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır