Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-30,
Seanews
Heyder Eliyev

Mərcan rifinə toxunaraq saya oturan kruiz gəmisinin sərnişinləri təxliyə ediləcək

Papua–Yeni Qvineya sahillərində mərcan rifinə toxunaraq saya oturan Avstraliyanın ekspedisiya kruiz gəmisi “Coral Adventurer”in xilas edilməsi istiqamətində aparılan ikinci cəhd də nəticəsiz qalıb.

"Seanews.az" xəbər verir ki, bununla bağlı gəminin operatoru “Coral Expeditions” şirkəti açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, göyərtədə olan 80 sərnişin səfərin başladığı Avstraliyanın Keyrns şəhərinə hava yolu ilə təxliyə ediləcək.

2019-cu ildə Vyetnamda inşa edilmiş 5 500 gros tonnajlı “Coral Adventurer” şənbə günü saya oturub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Şirkət gəminin rifdən çıxarılması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır