Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

Sent-Lourens çayında saya oturmuş balker gəmisinin xilas olunması əməliyyatı davam edir

Keçən həftə Sent-Lourens çayında saya oturaraq hərəkətsiz qalan “Federal Yamaska” adlı balker gəmisinin xilas olunması üçün əməliyyatlar davam edir.

“Seanews.az” xəbər verir ki, bu barədə Kanada Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, hazırda gəminin yükünün boşaldılması prosesi aparılır və bu iş bir neçə saat çəkəcək. Yük azaldıldıqdan sonra gəminin yenidən üzdürülməsi üçün növbəti cəhd ediləcək.

Xatırladaq ki, avqustun 12-də səhər saat 05:45-də 2013-cü ildə inşa olunmuş 37 153 DWT tutumlu  Marşall adaları bayrağı altında üzən “Federal Yamaska” gəmisinin Verchères ərazisində saya oturması barədə Kanada Sahil Mühafizəsinə məlumat daxil olub.  Avqustun 13-də beş ədəd “Ocean Group” yedək gəmisi səfərbər olunaraq, “Federal Yamaska”-nı üzdürməyə çalışıb. Lakin ilk cəhd uğursuz olub və gəmi olduğu mövqedə qalıb. Gəmi rəhbərliyi yeni xilasetmə planı təqdim edib. Plana əsasən, yükün azaldılması şərti ilə növbəti azadetmə əməliyyatı həyata keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır