

Rusiyada kapitan köməkçisi gəmidə həyatını itirib
Rusiyanın Nevelsk limanında dayanan gəmidə kapitan köməkçisi dünyasını dəyişib.
“Seanews.az” seafarersjournal.com-a istinadən xəbər verir ki, növbəyə çıxmadığı üçün həmkarları onu axtarmağa başlayıblar. 53 yaşlı dənizçi öz kayutunda həyat əlaməti olmayan vəziyyətdə tapılıb.
Hadisənin baş verdiyi gəmi “Triera” şirkətinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır