Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Qvineya körfəzində girov götürülən polyak dənizçi azad edilib

Ötən ilin dekabrında Qvineya körfəzində girov götürülən polyak dənizçi azad edilib.

AZƏRTAC bu ölkənin PAP agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, 2021-ci il dekabrın ortalarında Nigeriya sahillərində girov götürülən polyak dənizçi öz ölkəsinə qayıdıb və onun səhhəti yaxşıdır.

Qeyd edək ki, Beynəlxalq Dəniz Bürosunun məlumatına görə, 2020-ci ildə dünya üzrə girov götürülən 135 dənizçidən 130-u Qvineya körfəzində girov götürülüb. Bu, ərazi üçün rekord göstəricidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır