• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Dünyanın gəmiqayırma nəhəngi yeni sifarişlərin beşdə birini əldə edəcək

Beşinci dəfədir ki, dünyanın ən böyük gəmiqayırma zavodunun yaradılması ilə bağlı müqavilənin müddəti uzadılır.

“Seanews.az” xəbər verir ki, söhbət iki Koreya gəmiqayırma nəhənginin – “Hyundai Heavy Industries Group” və “Daewoo Shipbuilding & Marine Engineering” holdinqlərinin imkanlarının birləşdirilməsindən gedir.

“Hyundai Heavy Industries” (HHI) gəmiqayırma zavodları əsasında yaradılan Cənubi Koreya gəmiqayırma, sənaye və müdafiə qrupu “Korea Shipbuilding & Offshore Engineering” (KSOE), hələ də Koreyanın başqa bir gəmiqayırma holdinqi olan “Daewoo Shipbuilding & Marine Engineering” ( DSME) şirkətini almaqla bağlı işlərini başa çatdıra bilmir. Onların birləşməsi gəmiqayırma sahəsində yeni gəmi sifarişlərinin beşdə birini əldə edəcək dünya lideri yaradacaq  (KSOE -nin bazar payının 21%-ə çatacağı gözlənilir).

2019-cu ilin mart ayında KSOE, 20 ildir kəskin maliyyə çatışmazlığı yaşayan “Daewoo Shipbuilding & Marine Engineering” şirkətinin səhmlərinin 55.72%-nin alınması ilə bağlı müqavilə bağlayıb.

Müqaviləni tamamlamaq üçün son tarix beşinci dəfə uzadılıb. Prosesin 2021-ci ilin sonuna qədər başa çatdırılacağı gözlənilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır