Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Zərərini 600 min dollar qiymətləndirən şirkət “Cosco” ilə razılığa gəlib

ABŞ-ın “MCS Industries” mebel şirkəti “Cosco Shipping Lines” ilə razılığa gəlsə də, “Mediterranean Shipping” (MSC) ilə fikir ayrılıqları hələ qalıb.  

Xatırladaq ki, “MCS Industries” şirkəti cari ilin iyul ayında Federal Dəniz Komissiyasına müraciət edərək dünyanın ən böyük konteyner xətləri olan “MSC” və “Cosco”-nu Asiyadan idxalın nəqli üzrə müqavilə öhdəliklərini pozmaqda günahlandırırdı. Amerikalı idxalçı zərərini 600 min dollar  qiymətləndirirdi.

Müştərilərinin arasında ”Target”, “Walmart”, “Home Depot” və “Lowe's”-in olduğu “MCS Industries” şirkətini, "bazarda manipulyasiya etmək üçün xətləri qəsb etməkdə" günahlandırırdı.

Federal Dəniz Komissiyasından daxil olan sənəddə deyilir: "MCS Industries” və “Cosco” şirkətləri hazırda fikir ayrılığını aradan qaldırıblar. Razılaşma tərəflər arasında işgüzar əlaqələri bərpa etməyə və gücləndirməyə kömək edəcək."

Sənəddə xüsusi vurğulanır ki, bu razılaşma həm də tərəflərin problemlərini bahalı və məhkəmə çəkişmələri olmadan həll etmək istəyini əks etdirir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır