Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“2M” alyansı dörd səfəri ləğv edib - SƏBƏB

“MSC” və “Maersk” şirkətlərinin daxil olduğu “2M” alyansı, Çində “Qızıl Həftə” bayramı günlərində Asiya-Şimali Avropa istiqamətində dörd səfəri ləğv edib.

“Seanews.az”-ın məlumatına görə, səfərlər cədvəlin etibarlığını artırmaq üçün ləğv olunub.

Beləliklə, 39-cu həftədə “Griffin / AE55” və “Lion/ AE6”,  40-cı həftədə isə “Albatross / AE5” və “Lion / AE6” xidmətləri üzrə səfərlər ləğv edilib.

“The Loadstar” yazır: “Alyansın tərəfdaşları 70 min TEU daşıma qabiliyyətinə malik gəmini  marşrutdan çıxarıblar. Bu, Çində oktyabr bayramı ərəfəsində səfərlərin ləğv edildiyini elan edən və yükgöndərənləri ləğv edilmiş səfərlərlə çıxılmaz vəziyyətdə qoyan ilk alyansdır.  İndi onlar bütün gücləri ilə Asiyadan gələn və onsuz da qədərincə yüklənmiş gəmilərdə boş yerlər tapmağa çalışırlar."

“Maersk” isə  səfərlərin ləğvinin səbəbini belə açıqlayıb: "Son vaxtlar dünya limanlarında sıxlıqla bağlı görünməmiş vəziyyət, Asiya-Şimali Avropa istiqamətində bir neçə səfərin vaxtının uzanması ilə nəticələndi. Bəzən Asiyadan başlanan səfərlər yeddi gündən çox gecikir ki, bu da cədvəlin pozulmasına səbəb olur."

Bəzilərinin qənaətinə görə isə, səfərlərin ləğv edilməsi, cədvələ riayət olunmasını təmin etmək üçün deyil, daşıma qiymətlərini yüksək saxlamaq üçün lazımdır. Qəribə deyilmi, bəzi yükdaşıyanlar tarifləri qaldırmayacaqlarını bildirdikdən sonra digərləri səfərləri ləğv etməyə başlayır?


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır