

Loq-Biç limanında konteynerlərin nəqli artıb
2021-ci ilin yanvar-avqust aylarında ABŞ-ın Loq-Biç limanında konteyner yüklərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29,2% artaraq 6,35 milyon TEU təşkil edib.
“Seanews.az”-ın məlumatına görə, sözügedən dövrdə boş konteynerlərin nəqlinin həcmi təxminən 2,26 milyon TEU olub.
1911-ci ildə inşa edilən Loq-Biç limanı, bu gün dünyanın aparıcı dəniz limanlarından biridir, Trans-Sakit okean istiqamətində daşınan yük axınları üçün bir mərkəzdir. Limanın konteyner ötürmə qabiliyyəti 2020-ci ildə 8,1 milyon TEU təşkil etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır