Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Pis hava şəraiti Avropanı iflic edib

Aramsız yağışlar, güclü qasırğa və daşqınlar Avropada multimodal nəqliyyat xidmətlərini iflic edib. İki gündə iki aylıq norma qədər yağış yağıb. Almaniya, Belçika, Hollandiya, İsveçrə pis hava şəraitindən daha çox əziyyət çəkiblər. “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yükdaşımalar daha çətin olub.

“Seanews.az” “The Loadstar”-a istinadənbildirir ki,  əlverişsiz hava şəraitinə görə, dəmiryol operatorları Avropada qatarların hərəkətini dayandırıblar. Təmirə ehtiyacı olduğu üçün Antverpen-Atus dəmir yolundan da  üç həftə istifadə etmək mümkün olmayacaq.

Yolun bir hissəsində baş verən sürüşmə səbəbindən Çexiya Respublikası ilə Şimali Avropa arasında qatarla daşımalar da dayandırılıb. Operator  xeyli uzaqlıqdan keçən alternativ  marşrutlarını işə salmaq məcburiyyətində qalıb. Lakin bu marşrutların buraxılış qabiliyyəti aşağı olduğundan böyük gecikmələr proqnozlaşdırılır. Dəmir yolu nəqliyyatının bərpası isə hələ ki, təsdiqlənməyib.

“BLS Cargo”-nun baş ticarət müdiri Dirk Pfister deyib ki,Almaniya, Belçika və Hollandiyadakı daşqınlar və onların nəticəsi kimi xətlərin bağlanması xidmətlərimizə çox pis təsir göstərdi. Keçən həftənin ortalarından həftənin sonuna qədər Belçika üzrə hər iki istiqamətdə hərəkət demək olar ki, iflic oldu. Ehtiyat marşrutlar da eyni vəziyyətə düşdüyündən onlardan istifadə etmək mümkün deyildi.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır