Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Nəhəng liman tikiləcək

Rusiyanın Xabarovsk vilayətinin şimalında özəl dəmir yolunun da çəkiləcəyi nəhəng limanın tikintisi imkanları nəzərdən keçirilir.

"Seanews.az" xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Mixail Deqtyarev bildirib.

Boş ərazidə, ətraf mühitə zərər vurulmadan inşa ediləcək yeni liman ildə 30 milyon ton yükaşırma gücündə olacaq. İnvestor şirkətlərdən biri Sakit okeana, Oxot dənizinə, Çumikanın özünə olmasa da, hər halda, Çumikan bölgəsinə dəmir yolu çəkməyi planlaşdırır. Bu, çox böyük layihədir, əlbəttə ki, biz bu layihəni dəstəkləyirik, çünki bunlar yeni iş yerləri, milyon tonlarla yük və bu bölgəyə böyük pul vəsaitinin axını deməkdir.

İyul ayının əvvəlində “Elqauqol” şirkətinin kömürün nəqli üçün Elgin yatağından Sakit okean istiqamətində dəmir yolu xətti çəkə biləcəyi bəlli olub. Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov bu barədə prezident Vladimir Putinə hökumət üzvləri ilə keçirilən görüşdə məlumat verib. Hazırda bu layihə Rusiya Dəmir Yolları tərəfindən nəzərdən keçirilir.

Yakutiyada yerləşən Elgin kömür yatağı dünyanın ən böyük yataqlarından biridir. Yatağın ehtiyatlarının 2,2 milyard ton olduğu güman edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır