

İstanbulda gəmi ilə qayıq toqquşub, ölənlər və yaralı var
Türkiyənin İstanbul şəhərinin “Yavuz Sultan Səlim” körpüsü altında gəmi ilə balıqçı qayığı toqquşub.
Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə zamanı qayıqda olan 2 balıqçı həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır