

Konteyner gəmisində koronavirusa yoluxma halı aşkarlanıb
Liberiyaya məxsus “Northern Democrat” adlı konteyner gəmisində koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, bu səbəbdən Los-Ancelesdən Peruya gedən gəmi Ekvadora doğru üzməli olub.
Səyahət zamanı heyətin bir nəfər üzvündə koronavirus səbəbindən ağırlaşma olub və o, həyatını itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır