

Quru yük gəmisində yanğın baş verib
Hadisə mayın 10-da, yerli vaxtla saat 20:00-da Samaranın Krasnoqlinski bölgəsində üzən quru yük gəmisində baş verib.
“Seanews.az” xəbər verir ki, yanğın zamanı 3 nəfər xəsarət alıb.
Hadisə yerinə 200-dən çox yanğınsöndürən və müvafiq texnika cəlb olunub. Məlumata görə, yanğın gəminin 50 kvadratmetr sahəsini əhatə edib.
Gəminin 8 nəfərdən ibarət heyət üzvü təxliyə edilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır