• Bakı, 2021-06-18,
Seanews
Heyder Eliyev

Tallin və Helsinki şəhərləri sualtı tunel vasitəsilə birləşdiriləcək

Helsinki və Tallini Fin körfəzinin altından keçən, uzunluğu 103 kilometr olan dəmiryolu vasitəsilə birləşdirmək layihəsi artıq bir neçə ildir ki, müzakirə edilir.

“Seanews.az” xəbər verir ki, istismara verilməsi 2024-cü ilə planlaşdırılan dəmiryolunun ümumi dəyəri 20 milyard dollardır.

İlk baxışdan icrası çətin görünən layihənin həyata keçirilməsi, mövcud ərazinin geoloji şəraitinin əlverişli olması səbəbindən rahat başa gələcək.  Belə ki, kifayət qədər sərt qayalardan ibarət olan relyef ən ağır konstruksiyaların çəkisinə tab gətirə biləcək. Layihənin icrasında ən son və müasir texnologiyalardan istifadə ediləcək.

Körfəzin altında iki tunelin inşası planlaşdırılır. Tunellərin biri sərnişin, digəri isə yük qatarları üçün nəzərdə tutulub. Bundan əlavə, körfəzdə süni adanın yaradılması da müzakirə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır