

“DSME” şirkəti pandemiya səbəbindən istehsalatı dayandırıb
“Daewoo Shipbuilding & Marine Engineering” şirkəti özünün “Okpo” gəmiqayırma zavodunda Covid-19 virusunun yayılması səbəbindən istehsalatı dayandırıb.
“Seanews.az” xəbər verir ki, adı çəkilən zavodda 70 nəfərdə virus aşkarlanıb.
Hazırda “Okpo” zavodunda bütün əməkdaşlar arasında test keçirilir. Məlumata görə, zavodda 2 mindən çox insan çalışır.
“DSME” şirkəti bu il ümumi dəyəri 1.8 milyard dollar olan 19 ədəd müxtəlif təyinatlı gəminin inşası üçün sifariş qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır