

Dəniz quldurları İranda gəmini girov götürüblər
Dəniz quldurları İranın daxili sularında “T-4” adlı yedək gəmisini girov götürüblər.
“Seanews.az” xəbər verir ki, girov götürülmüş gəmi özəl gəmidir.
Quldurlar gəminin və heyətin azad edilməsi üçün gəmi sahibindən 80 min dollar dəyərində pul tələb edirlər.
Gəminin dəqiq yerini müəyyən etmək mümkün olmasa da, son məlumata görə yedək gəmisi Buşer limanının şimal istiqamətində saya oturub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır