

Modernləşdirilmiş çoxfunksiyalı quru yük gəmisi istismara verildi
Fevralın 24-də modernləşdirilmiş çoxfunksiyalı “Gelmond 1” quru yük gəmisi istismara verilib.
“Seanews.az” xəbər verir ki, adı çəkilən gəminin tutumu 1935 ton artırılıb.
“Gelmond 1” gəmisi 14 il öncə Türkiyədə inşa edilib. Gəminin layihələndirilməsi ilə “Dəniz Mühəndisliyi Bürosu” məşğul olub.
Gəminin hazırki uzunluğu 115.2, eni isə 15.6 metrdir.
Üzən vasitə Xəzər dənizi və Fars körfəzi bölgəsində yük daşımalarında istifadə ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır