• Bakı, 2021-02-26,
Seanews
Heyder Eliyev

Misirdə balıqçı qayıqları batıb, 13 nəfər həlak olub

Misirin İskəndəriyyə şəhəri yaxınlığındakı Bürc əl-Ərəb bölgəsində göyərtəsində 13 nəfərin olduğu iki balıqçı qayığı göldə batıb.

"Seanews.az" xəbər verir ki, ölənlərin hamısı bir Bədəvi ailəsinin üzvləri imiş. Onların arasında uşaqlar da olub. İndiyədək ölənlərdən yeddisinin cəsədi sudan çıxarılıb, qalanlarının axtarışı davam edir. Əməliyyata əlavə xilasetmə qüvvələri də qoşulub.

Məlumata görə, ailə balıqçılıq təsərrüfatları üçün istifadə olunan göllərin ortasında yerləşən kiçik bir adada gəzinti üçün gedibmişlər. Axşam evə qayıdarkən hələlik məlum olmayan səbəblərdən qayıqlar çevrilib və qayıqdakılar soyuq suya düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır