• Bakı, 2021-02-26,
Seanews
Heyder Eliyev

İtaliya sahillərində nəhəng balina cəsədi taplıb

İtaliyanın cənubunda, Napoli şəhərinin yaxınlığında Sorrento limanında nəhəng balina cəsədi aşkar olunub.

“Seanews.az” xəbər verir ki, Sahil mühafizə xidmətinin əməkdaşları əvvəlcə balinanın sağ qalmış balasını tapıblar. Çəkisi 70 ton olan balinanın cəsədini quruya çıxarmaq üçün dalğıclar mürəkkəb əməliyyata başlayıblar.

Mütəxəssislərin fikrincə, bu, Aralıq dənizində indiyə qədər tapılan ən böyük ölü balinalardan biridir.

Müəyyən analiz və lazımi araşdırmalardan sonra balinanın skeletinin muzeyə təhvil verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır