Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Türkiyə yerli istehsal "İstanbul" freqatını təqdim edəcək

Türkiyənin yerli döyüş gəmilərinin istehsalını nəzərdə tutulan MILGEM layihəsində istehsal olunacaq ilk gəmi yanvarın 23-də istifadəyə veriləcək.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 113 metr uzunluğundakı “İstanbul” freqatı 2023-cü ildə Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Qabaqcıl hava hücumundan müdafiə ilə təchiz edilən gəmilərin patrul fəaliyyəti göstərəcəyi gözlənilir.

Gəmi Türkiyənin ASELSAN müdafiə korporasiyası tərəfindən hazırlanmış yerli infraqırmızı axtarış və izləmə sistemləri ilə təchiz ediləcək.

Gəmidə yerli istehsal olan idarəolunan raketlərin də yerləşdiriləcəyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır