• Bakı, 2021-01-20,
Seanews
Heyder Eliyev

Bir sıra ölkələr koronavirus pandemiyasına görə heyət dəyişikliyini sərtləşdirir

Filippindəki heyət dəyişmə mərkəzləri 15 ölkədən birini ziyarət etmiş dənizçiləri bir müddət qəbul etməyəcək

“Seanews.az” xəbər verir ki, Avstraliya, Kanada, Danimarka, Fransa, Almaniya, Honq-Konq, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Livan, Hollandiya, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə və İngiltərə ölkələri koronavirus pandemiyası səbəbindən “qara siyahı”da yer alıblar. 

Siyahıda göstərilən ölkələrdən heç birini ziyarət etməmiş dənizçilər, mövcud sanitar qaydalara riayət etməklə işlərinə davam edə bilərlər.

Filippin Limanlar İdarəsi (PPA), COVID-19 virusunun ölkədə yayılmasının qarşısını almaq üçün heyət dəyişikliyi prosedurunu sərtləşdirməyi təklif ediblər. Öncə Filippində xüsusi təyin olunmuş limanlarda heyət dəyişikliyinə icazə verilirdi.

Səfərdən qayıdan filippinli dənizçilər üçün müəyyən qaydalar tətbiq olunub. Belə ki dənizçilər Manilada koronavirusa qarşı test verməli, nəticənin mənfi çıxmasına baxmayaraq,  14 gün karantin müəssisəsində qalmalıdırlar. Analoji məhdudiyyətlər ABŞ-a daxil olan xarici dənizçilər üçün də tətbiq olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır