Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

2014-2019-cu illərdə baş verən gəmi qəzalarının sayı açıqlanıb

Son zamanlarda baş vermiş gəmi qəzalarının sayının və nəticələrinin araşdırılması müsbət tendensiya nümayiş etdirib, belə ki, əvvəlki dövrlərə nisbətən dənizçilər arasında daha az tələfat müşahidə olunur.  

“Seanews.az” xəbər verir ki, 2014-cü il yanvarın 1-dən 2019-cu il dekabrın 31-nə qədər olan dövrü əhatə edən statistikanı Avropa Dəniz Təhlükəsizliyi Təşkilatı (EMSA) açıqlayıb. 

Statistikaya əsasən, 2019-cu ildə 3062 dəniz qəzası qeydə alınıb. 2018-ci ildə baş vermiş ciddi qəzaların sayı 106-dır. Bu da 2017-ci ildəki qəzaların sayından 68% çoxdur. Lakin 2019-cu ildə baş vermiş ciddi qəzaların sayı 63-ə enib. Batmış gəmilərin sayında da analoji tendensiya müşahidə olunur. 2019-cu ildə 21 ədəd gəmi batıb, 2018-ci ildə bu rəqəm daha böyük idi.

2014-2019-cu illər ərzində 320 gəmi qəzası baş verib və bu qəzaların nəticəsində 496 nəfər dünyasını dəyişib. Bu rəqəmin 88.3%-i gəmi heyətinin üzvlərinin payına düşür. 2015-2017-ci illər ərzində bu rəqəm azalsa da 2018-2019-cu illərdə bu rəqəmdə yenidən artım nəzərə çarpır.

2014-2019-cu illər ərzində gəmilərdə baş vermiş 5424 bədbəxt hadisə nəticəsində 6210 nəfər müxtəlif xəsarət alıb.

Müşahidələr onu göstərir ki, 2019-cu ildə sərnişin və balıqçı gəmiləri istisna olmaqla, bütün tip gəmilərin qəzalarının sayında azalma var. 2019-cu ildə 1382 ədəd yük gəmisinin iştirakı ilə baş vermiş qəzaların nəticəsində 19 nəfər həlak olub, 1 gəmi batıb. 2014-2019-cu illər ərzində 91 balıqçı gəmisi batıb.

Sərnişin gəmilərinin iştirakı ilə baş vermiş qəzaların yarısı Ro-Ro tipli gəmilərin payına düşür. Buna baxmayaraq, 2014-cü ildən bəri bu tip gəmilərin qəzalarının və qəza nəticəsində həlak olanların sayında azalma qeydə alınıb. 2019-ci ildə Ro-Ro tipli bir ədəd gəmi batıb.

2018-ci ildə 2 ədəd təchizat gəmisi qəza nəticəsində batıb. 2015-ci ildə az rəqəm olsa da 2019-cu ildə say kəskin artıb. “Bourbon Rhode” gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub 7 nəfər isə itkin düşüb.

Naviqasiya qəzaları, yüngül toxunma qəzaları və saya oturma halları ümumilikdə 44% təşkil edir. Texniki nasazlıq ucbatından baş vermiş qəzaların sayı isə 21.8%-dir.

Gəmidən dənizə yıxılma hadisələrinin sayı 10%-ə bərabərdir. 

Avropa Dəniz Təhlükəsizliyi Təşkilatının (EMSA) fikrincə, qəzaların böyük əksəriyyəti daxili sularda, daha dəqiq desək, limanların yaxınlığında baş verib.

İlqar Quliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır