Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Stena” şirkətinin balansına yeni bərə əlavə edilib

“Stena Line” şirkəti yeni, üçüncü “Stena Embla” adlı sərnişin və yük bərəsini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, yeni bərə Çinin “CMI Jinling Weihai Shipyard” gəmiqayırma zavodunda inşa edilib.

Adı çəkilən bərə şirkətin sifariş verdiyi yeni “E-Flexer” nəslinə aid yeddi gəmidən üçüncüsüdür. “Stena Line” şirkətinin 2018-ci ildə Çinin gəmiqayırma zavodu ilə bağladığı müqavilənin ümumi dəyəri 535 milyon dollardır.

“Stena Embla” gəmisi 2021-ci ildə İrlandiya dənizində istismara buraxılacaq. Bərənin uzunluğu 215, eni isə 28 metrdir.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır