Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Fırtına zamanı gəmidən 1900 ədəd konteyner dənizə aşıb

Yaponiyaya məxsus “ONE Apus” konteyner gəmisindən fırtına zamanı Sakit Okeanda külli miqdarda konteyner itkin düşüb.

“Seanews.az” xəbər verir ki, itkin düşmüş konteynerlərin 40 ədədinin içərisində təhlükəli maddələr olub.

Məlumata görə, “ONE Apus” gəmisi Çindən Kaliforniyaya üzürmüş. Hazırda konteyner gəmisi itmiş konteynerlərin dəqiq sayını müəyyən etmək və gəmidə qalan konteynerləri bərkitmək üçün Yaponiyaya üzür.

Tutumu 14 min TEU, uzunluğu isə 364 metr olan gəmi 2019-cu ildə inşa edilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır