Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Rotterdam limanı “Brexit”in yaradacağı problemlərlə bağlı xəbərdarlıq edib

Böyük Britaniya və Avropa İttifaqının “Brexit” keçid dövrü sonrasında ticarət tərəfdaşlığı razılaşmasını əldə etməsi üçün qısa müddət qalsa da, Rotterdam limanının səlahiyyətli nümayəndələri yeni nəzarət formasının qüvvəyə mindiyini vurğulayıblar.

AZƏRTAC xəbər verir ki, Niderland səlahiyyətliləri Rotterdam limanında böyük mavi maskot qoyaraq “Brexit” keçid dövrünün dekabrın 31-də bitəcəyi və bunun liman istifadəçilərinə dəhşətli problemlər yaradacağı ilə bağlı xəbərdarlıq ediblər.

“Brexit”in Rotterdam limanı üçün həvalə olunmuş əlaqələndiricisi Mark Dijk bildirib ki, liman əməliyyatlarından söz gedəndə, sazişin olub-olmamağı vacib deyil. Yanvarın 1-dən bütün gömrük məntəqələri üçün rəsmi sənədlər qaydasında olmalıdır. Gömrük sənədləri qaydasında olmasa, Britaniyaya getmək mümkün olmayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır