Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Qırmızı dənizdə tanker minada partlayıb

Neft daşıyan tanker Qırmızı dənizdə, Səudiyyə Ərəbistanı sahillərində minaya düşərək partlayıb.

“Seanews.az” xəbər verir ki, qəzaya uğrayan Yunanıstana məxsus “Aframax” tipli “Agrari” gəmisidir.  Bu tip gəmilər 700 min barrel neft daşımaq qabiliyyətinə malikdirlər.

Məlumata görə,  partlayış nəticəsində tankerin gövdəsində dəlik əmələ gəlib. Gəminin heyəti xəsarət almayıb. Hadisə zamanı tanker Rotterdamdan Yəmənə üzürdü.

Hadisənin kim tərəfdən törədildiyi hazırda araşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır