

Naqayev buxtasında batmış gəmilərin tədqiqatı aparılıb
Sualtı mütəxəssislər Oxot dənizindəki Naqayev buxtasında batmış hərbi gəmilərin qalıqlarını araşdırıblar. Tədqiqatlar bitəndən sonra gəmilərin qalıqlarının qaldırılması üçün müəyyən təkliflər irəli sürüləcək.
“Seanews.az” xəbər verir ki, tədiqatların aparılması üçün “SB-521” xilasedici yedək gəmisindən istifadə edilib.
Sözügedən ərazinin batmış gəmilərdən təmizlənməsi üçün müvafiq göstərişi Rusiyanın baş naziri Mixail Mişustin verib.
Bundan əlavə Maqadan bölgəsinin qubernatorunun müraciətinə əsasən, sualtı mütəxəssislər 2006-cı ildə batmış “Professor Moiseyev” balıqçı gəmisini də dalğıc əməliyyatı vasitəsilə tədqiq ediblər.
Noyabrın 24-də qarşıya qoyulmuş bütün tapşırıqlar həyata keçiriləndən sonra “SB-521” gəmisi əməliyyat zonasını tərk edib.