Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Arktikada bioplastiki ekologiyaya zərər vurmadan parçalamaq mümkündür

Sibir Federal Universitetinin alimləri bioplastiki subarktik enliklərdə ətraf mühitə zərər vurmadan parçalamağın mümkünlüyünü sübut ediblər.

AZƏRTAC “Haytek” saytına istinadla xəbər verir ki, hazırda Rusiya və beynəlxalq komandalar Arktika zonasında çirklənmə və mikroplastikin yayılması proseslərini araşdırır.

Bütün tədqiqatçılar demək olar ki, hər bir nümunədə polimer saplardan, dənələrdən və ya hissəciklərdən ibarət ölçüləri 5 millimetrdən az olan plastiklər aşkarlayıblar. Arktikada heyvanların, balıqların və quşların plastiki qida ilə asanlıqla səhv salmaları çox təhlükəlidir. Mikroplastikin Arktikaya Qolfsrim axını ilə keçdiyi güman edilir.

Bu problemi həll etmək üçün Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Biofizika İnstitutunun alimləri təbiətdə müəyyən şəraitdə bakteriyalar istehsal edən poliqidroksialkanoatların alınması texnologiyasını işləyib hazırlayıblar. Alınan materialın əsas xüsusiyyəti onun hətta zəhərli olmayan birləşmələrə, məsələn, karbon qazı və suya parçalana bilməsidir.

Tədqiqatçılar bioplastikin müxtəlif iqlim şəraitində xüsusiyyətlərini yoxlayıb, onun subarktika enliklərində parçalana bildiyini, deməli, təhlükəsiz olduğunu müəyyənləşdiriblər.

Bu sahənin tədqiqatçıları bioplastikin təhlükəsizliyinin sübut edildiyini əsas götürərək onun geniş istifadə olunmasını məqbul sayırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır