Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

"Kanuni" qazma gəmisi Qara dənizə yola salındı

Türkiyənin üçüncü qazma gəmisi "Kanuni" İstanbul Haydarpaşa Limanından Qara dənizə yola salınıb.

"Kanuni" gəmisinin yola salınması mərasiminə qatılan Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirib ki, hazırda “Fatih” gəmisinin "Sakarya" qaz yatağında axtarış quyusunun qazmasını davam etdirir.

“"Tuna-1" quyusundan sonra "Türkali-1" quyusunun qazılması üzrə işlər davam etdirilir. Dərinlik artıq 2 600 metrə çatdırılıb”, - deyə F. Dönməz qeyd edib.

Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır