Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Çində itkin düşən balıqçıların axtarışı nəticə verməyib

Çinin Cıcian vilayətinin sahil sularında itkin düşən balıqçı qayığının və 10 nəfər balıqçının axtarışları nəticə verməyib.

AZƏRTAC yerli okean və balıqçılıq bürosuna istinadla xəbər verir ki, qayıq heyəti ilə sonuncu dəfə əlaqə noyabrın 11-də gecə saatlarında olub. Bundan sonra axtarış işlərinə başlanılıb. Axtarış işlərinə 8 gəmi və bir helikopter cəlb olunub. Bundan başqa, yaxınlıqdakı 21 balıqçı qayığı da axtarış işlərinə qoşulub.

Güman olunur ki, qayıq qəzaya uğrayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır