

Portuqaliyada gəmi partlayışın ardınca batdı
İstanbul mərkəzli “Southwester” Gəmiçilik Birliyinə məxsus ümumi yük gəmisi “Southwester”-in maşın şöbəsində çıxan partlayış gəminin batması ilə nəticələnib.
“Seanews.az” xəbər verir ki, hadisə Portuqaliyanın liman şəhəri Figueira da Foz yaxınlığında baş verib.
Gəmidə 7-si Türkiyə, 7-si Gürcüstan vətəndaşı olmaqla, 14 heyət üzvü olub. Dənizçilər “Eurobulk”a aid “EM Hydra” gəmisi ilə xilas edilərək “Leixões” limanına gətiriliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır