

“Kalimnos Star” adlı gəmi-bərə yanaraq batıb
Bodrum ilə Kilimli adası arasında sərnişin daşıyan “Kalimnos Star” adlı gəmi-bərə yanaraq batıb.
“Seanews.az” xəbər verir ki, hadisə gəmi təmir üçün Afinaya doğru gedərkən baş verib. Yanğının alovları Bodrumun Turgutrəis və Gümüşlük məhəllələrindən görünüb.
Gəmidəki üç heyət üzvü yaxınlıqdakı yunan balıqçıların köməkliyi ilə xilas edilib. Heyət üzvlərindən biri qadın olub.
Sərnişin bərəsinin təxminən 45 dəqiqə davam edən yanğından sonra batdığı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır