Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Seneqal sahillərində qayıq batdı, 140 nəfər həyatını itirdi

Şənbə günü Seneqal sahillərində qayığın batması nəticəsində ən az 140 miqrant həyatını itirib.

"Seanews.az" xəbər verir ki, bu barədə  BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, qayıq Mbour şəhərindən çıxdıqdan qısa müddət sonra alovlanıb və daha sonra batıb.

Hadisə zamanı gəmidəki 200 nəfərdən yalnız 60-nı xilas etmək mümkün olub.  

Təşkilatdan bu hadisənin cari ildə ən çox itkiyə səbəb olduğu bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır