Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Komor adaları

Komor Adaları İttifaqı Cənubi Afrika sahilində, Madaqaskarın şimalında və Mozambik Boğazının girişində yer alan dörd adanın ortaq adıdır: Ngazidja (Böyük Komor; 1148 km2), Ndzvani (Anjuan 424 km2), Moheli (Mvali; 290 km2) və Mayotte (Maore; 375 km2). Əhalisi  806 153 nəfər,  paytaxtı  Moroni şəhəridir.

Ölkənin adı ərəb sözü olan əl-qəmərdən (al-kamr) yaranıb, «ay» deməkdir. Ayın təsviri ölkənin bayrağında da əks edilib.

Ümumi sahəsi 1862 km² olan   Komor adaları  ilk dəfə Hind okeanında səyahət edən ərəb dənizçiləri tərəfindən kəşf edilmişdir. Dənizçilər adaları “Kumr adaları” və ya “Ay adaları” mənasında Cezâirü’l-kamer adlandırmışlar. 

Komor adalarına İslam  XIV əsrdə gətirilib və əhali tamamilə müsəlman olub. Tarixi mənbələrə görə bu adalarda müsəlmanların gəlməsinə qədər məskunlaşma nəzərə çarpacaq dərəcədə az olub. Müsəlmanlar bu adalara gəldikdən sonra burada ayrı bir sultanlıq qurdular. Sonralar bu adaların hər birində ayrı-ayrı sultanlıqlar yaradılıb və onlar arasında bəzən müharibələr olub.

XVIII əsrdə Tanqanika sahilindən gələrək Böyük Komor adasına yerləşən Şeyx Ngome də Pate adanın xanım sultanının bacısı ilə evlənib. Bu evlilikdən doğulan Müinye Mku adlı şəxs Sultan Əhməd adını alaraq xalasının taxtına keçib və digər adaları da özünə birləşdirib. Sultan Əhmədin Böyük Komor adasındakı rəhbərliyi 1875-ci ilə qədər davam edib. Ancaq onun sultanlığı dövründə Fransız müstəmləkəçilər Komor adalarına hücum ediblər və 1841-ci ildə Mayotta adasını ələ keçiriblər.

Böyük Komorda 1875-ci ildə Sultan Əhmədin yerinə keçən nəvəsi Seyyid Əli fransızlara yanaşmaq və onların himayədarlığını qəbul etmək məcburiyyətində qalıb. Fransızlar Anjuan adasını da 1886-cı ildə Sultan III Abdullahın hakimiyyətidə olduğu vaxt özlərinə tabe ediblər. Beləcə, bütün Komor adaları Fransız hakimiyyətinə keçib.

Adalardakı ənənəvi sultanlıq (əmirlik) Fransız hakimiyyəti altında 1912-ci ildə qədər davam edib. Fransızlar 1912-ci ildə bütün yerli rəhbərlikləri və İslami tətbiqləri ortadan qaldırıblar və Komor adalarını yenə öz hakimiyyətlərində olan Madakaskara tabe ediblər. II Dünya müharibəsindən sonra Komor adaları müsəlmanları müstəqillik uğrunda mübarizələrini sürətləndiriblər və bu məqsədlə Tanzaniyada bəzi təşkilatlar yaradıblar. Bu təşkilatlar sonra Komor adaları Milli Qurtuluş Hərəkatında birləşərək güclü fəaliyyətə başlayıblar.

Fransa 1974-cü ildə adaların gələcəyi ilə bağlı referendum keçirmək məcburiyyətində qalıb. Açıqlanan nəticələrə görə Mayotte Adası xalqının 65%-i fransız idarəsinin davamını, digər adalardakı xalqın isə 95%-i müstəqilliyi istəyib. Fransa 1 yanvar 1976-ci ildə Mayotta adasından başqa adaların müstəqilliyini qəbul edib. Ancaq maraqlıdır ki, qurulan müstəqil respublikanın başçılığına bir qərb heyranı olan Əli Suveylih keçirilib.

Etnik tərkibində antaloatralar üstünlük təşkil edir (metis Afro Ərəb Malaqas mənşəli) - 95%-dən çox. Qalanları makualılar  (1.5%), ərəblər - 0,5%), malagaslar ( 0,5%) və həmçinin: farslar, fransızlar və hindistanlılardan - (0,2%) ibarətdir.

Rəsmi dövlət dili ərəb və fransız dilləridir. Əhalinin böyük əksəriyyəti Komor dilində danışır (suaxili və ərəb dilinin qarışığı olan dildir.)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır