Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türkiyə "Yavuz" kəşfiyyat-axtarış gəmisi üçün yeni "Navtex" elan edib

Türkiyə Şərqi Aralıq dənizində fəaliyyətlərini davam etdirən “Yavuz” kəşfiyyat-axtarış gəmisi üçün yeni “Navtex” elan edib.

"Seanews.az" xəbər verir ki, elanda “Yavuz” gəmisinin bölgədəki fəaliyyətlərinin müddətinin 12 oktyabr tarixinə qədər uzadıldığı bildirilib.

Axtarış fəaliyyətlərini “Ertuğrul Bey”, “Osman Bey” və “Orhan Bey” gəmiləri də müşayiət edir.

Qeyd edək ki, “Navtex” – ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıqdır. Bu xəbərdarlığın tələblərinə əsasən, tədqiqat işləri aparan gəmilərə 6 dəniz mili qədər məsafədə dayanmalısan. Başqa gəmilər bu qadağanı pozarsa, onların təhlükəsizliyinə təminat verilmir və Dəniz hüququna görə, “Navtex” elan edən ölkənin əraziyə icazəsiz girən gəmilərin qarşısını almaq hüququ var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır