Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

İtaliya sahillərində içərisində 450 miqrant olan kater aşkarlanıb

Avqustun 29-da İtaliyanın Lampeduza adası yaxınlığında qəzalı vəziyyətə düşmüş balıqçı kateri sahil mühafizəsi tərəfindən aşkarlanıb. Katerdə Şimali Afrikadan İtaliya istiqamətində hərəkət edən 450 miqrant olub.

AZƏRTAC xəbər verir ki, sahil mühafizəsi və polis tərəfindən limana gətirilib və miqrantlar qaçqın düşərgəsinə yerləşdirilib. İtaliya mətbuatının məlumatına görə, son bir neçə gündə otuz kiçiq qayıqlarla ümumilikdə təxminən 500 miqrant Lampeduza sahillərinə yan alıb. Bundan əlavə isə səhhəti pisləşən 49 nəfər isə qəzalı vəziyyətə düşən “Louise Michel“ xilasedici gəmisindən adadakı ilkin qəbul məntəqəsinə gətirilib.

Lampeduzanın meri Toto Martello bildirib ki, adadakı vəziyyət olduqca acınacaqlıdır, hazırda burada 1500-dən çox qaçqın yerləşdirilib. Əgər hökumət dərhal addımlar atmasa, o zaman bütün ada əhalisi etiraz aksiyalarına başlayacaq.

Qeyd edilməlidir ki, göyərtəsində 350 qaçqın olan “Sea Watch 4“ xilasedici gəmisi də hazırda lövbər salmağa liman axtarır. Bu ilin əvvəlindən indiyədək 18 min miqrant həyatını təhlükəyə ataraq, yararsız qayıqlarla Aralıq dənizini keçərək İtaliya sahillərinə yetişiblər. 2019-cu ildə isə bu göstərici 4878 nəfər olub.

Cənubi İtaliyanın Kalabriya regionu sahillərində isə qaçqınların xilası zamanı 4 nəfər həlak olub, iki nəfər itkin düşüb və beş nəfər yaralanıb. Krotone şəhəri yaxınlığında dənizdə qəzalı vəziyyətə düşən katerdən qaçqınları xilas edərkən yanğın başlayıb və katerdə partlayış baş verib.

Son günlərdəki hadisələr yaxın müddətdə İtaliya sahillərində qaçqınlarla bağlı faciəvi xəbərlərin bədbin proqnozunu verməyə əsas verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır