

“San Marine”-də iki yedək gəmisi suya salınıb
Hindistanda Kakinadadakı “San Marine” gəmiqayırma zavodunda iki oxşar yedək gəmisi – “Sonalika” və “Sarovar” uğurla suya salınıb.
“Seanews.az” xəbər verir ki, "Sonalika" və "Sarovar" gəmiləri beynəlxalq dəniz standartlarına cavab verən qabaqcıl texnologiyalar əsasında inşa edilib.
34 metr uzunluğunda olan yeni yedək gəmiləri Hindistanın dənizdəki neft yataqlarında istifadə olunacaq.
“IRS” (Hindistan Gəmiçilik Reyestri) təsnifat cəmiyyətinin məlumatına görə, müqavilədə dörd gəminin tikintisi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır