

Honk-Konq limanında koronavirusa yoluxma halı aşkar edilib
Honk-Konqun Kvai Tsin limanında 74 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
"Seanews.az" xarici KİV-lərə istinadən xəbər verir ki, virusa yoluxmuş şəxslərdən 55-i limanın əməkdaşıdır. Digər xəstələr isə limanın əməliyyat xidmətinin işçiləridir.
Liman rəhbərliyi 100 nəfərdən çox əməkdaşını karantinə göndərib. Rəhbərlik hazırda limanın fəaliyyətinin dayandırılması barədə müzakirələr aparır.
Honk-Konqun şimal-qərbində yerləşən Kvai Tsin limanı ildə təqribən 20 milyon TEU yük qəbul edib yola salır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır