Beyrutdakı partlayışdan sonra “Orient Queen” gəmisi batıb
Livanın “Abou Merhi Group” şirkətinə məxsus “Orient Queen” kruiz layneri Beyrut limanında güclü partlayışdan sonra batıb.
Hadisə nəticəsində iki nəfər vəfat edib, yeddi ekipaj üzvü yaralanıb.
Partlayış gəmini ciddi şəkildə zədələyib. Korpusdakı axının qarşısı operativ şəkildə alınmasına baxmayaraq, ona su daxil olmağa başlayıb və gəmi dənizin dibinə gedib.
Qafqazinfo.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır