Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Tayland iki ədəd M36 sinifli patrul gəmisini istismara verib

Taylandın “Marsun Limited” gəmiqayırma zavodu tərəfindən inşa edilən növbəti iki ədəd M36 sinifli patrul gəmisi Silahalı Qüvvələrin istifadəsinə verilib.

Bu barədə Azeri Defence saytı “Janes” nəşrinə istinadən məlumat verib.

Müvafiq olaraq 114 və 115 nömrəli patrul gəmiləri Taylandın Samut Prakan bölgəsində istismara qəbul edilib.

Yeni patrul gəmiləri Tayland Hərbi Dəniz Qüvvələrinin istismarına verilmiş M36 sinifindəki dördüncü və beşinci gəmidir.

M36 patrul gəmisinin ümumi uzunluğu 36 metrdir. Gəmilərin hər biri 1800 at gücünə malik üç “Cummins” KTA50-M dizel mühərrikləri ilə təchiz edilib. Gəminin ən yüksək sürəti 27 kt, standart 12 km məsafəni 12 kt-a çatdıra bilər. Gəmi 28 nəfərlik heyəti daşımaq qabiliyyətinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır