Gəmi heyətinin 30-dan çox üzvü koronavirusa yoluxub
Norveçə məxsus “Roald Amundsen” kruiz gəmisinin heyət üzvləri arasında koronavirusa yoluxma faktı aşkarlanıb.
"Seanews.az" xəbər verir ki, gəmi Tromse limanından Svalbard arxipelaqına gələndən sonra heyət testdən keçirilib. 36 nəfərin test nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, bundan öncə 158 nəfərdən ibarət heyəti olan gəmidə 4 nəfər virusa yoluxmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır