Türkiyədə qayığın batması nəticəsində dörd nəfər ölüb
Avqustun 2-də Türkiyənin İzmir vilayətinin Foça rayonu ərazisində "Egem" qayığı batıb.
Hadisə nəticəsində qayıqda olan on nəfərdən dördü həlak olub.
Digər şəxslərdən birinin axtarışları davam edir. Beş nəfər xilas edilərək ətrafdaki xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başladılıb.
Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır