Dəniz quldurları Meksikada gəmiyə hücum ediblər
Meksikaya məxsus “Natalie” təchizat-yedək gəmisi dəniz quldurlarının hecumuna məruz qalıb.
Hadisə Meksikanın şimal-şərq hissəsində gecə vaxtı baş verib.
Gəminin məxsus olduğu “Cuxhavener Schiffahrtskontor (CSK) GmbH &Co” şirkəti bu barədə hər hansı bir açıqlama verməyib.
Girov götürülənlər və xəsarət alanlar barədə hələlik mlumat yoxdur.
Yerli hökumət hazırda hadisəni araşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır