Tayvan boğazında gəmi qəzaya uğrayıb
Çinə məxsus “Hongxiang” gəmisi Tayvan boğazında qəzaya uğrayıb. Hadisə Tayvanın Penhu adasından 60 km cənub-qərbdə baş verib.
"Seanews.az" xəbər verir ki, hadisə zamanı gəmidə olan 9 nəfər heyət üzvünün dörd nəfəri həlak olub, digər dörd nəfəri itkin düşüb və bir nəfər xilas edilib.
Hadisənin baş vermə səbəbi məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır